fbpx
Connect with us

Xəbərlər

Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadın

19 may 2023-cü il tarixində azərbaycanlı qadın Elmira Aslanova dünyanın ən hündür zirvəsi Everestə qalxmağı bacarıb. O, Everestin zirvəsinə qalxan ilk azərbaycanlı qadın olaraq ölkənin tarixinə düşüb.

Bu da maraqlıdır: Azərbaycanlı dağçı qadınlar Kilimancaro dağını fəth etdi

Burdan Buranın məlumatına görə, Elmira Aslanova sosial media hesablarında paylaşım edərək qeyd edib: “Everestin zirvəsinə qalxmağı bacaran ilk azərbaycanlı qadın oldum. Çox xoşbəxtəm və bununla qürur duyuram. Bu səhər mən hələ də Everest baza düşərgəsində idim, indi isə Katmandudayam. Hər dəqiqə bunun həqiqət olduğunu daha çox dərk edirəm. Baxmayaraq ki, bütün bunları yaşaya bildiyimə hələ də inana bilmirəm.

Daha sonra bir aya yaxın davam edən ekspedisiya ilə bağlı bütün emosiya və hekayələrimi paylaşacağam. Bu gün isə sadəcə olaraq bu xəbəri sizinlə bölüşmək istəyirəm ki, siz də mənimlə sevinəsiniz. Everest çox gözəldir”.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar