Xəbərlər
Heç vaxt yerə enməyəcək təyyarə-hotel təqdim olunub
5000 nəfərlik təyyarə-hotel təqdim olunub. O, bir neçə il uçaraq yerə enməyəcək.
Haşim əl-Ghaili adlı yəmənli mühəndis gələcəyin təyyarələri ilə bağlı fikirlərini təqdim edib. İlk layihəsi aviasiya sənayesini tamamilə dəyişdirəcək “Sky Cruise” təyyarə hoteli ilə bağlıdır.
“Sky Cruise” nüvə enerjisi ilə işləyən uçan hoteldir. Bu canavar 5000-ə qədər insanı daşımağa qadirdir. “Sky Cruise” nüvə birləşməsinə əsaslanan 20 nüvə mühərriki ilə çalışacaq. Bu, karbon emissiyaları məsələsini həll edəcək.
Təyyarə pilotsuz uçacaq. Süni intellekt sistemi ona cavabdeh olacaq, lakin insan istənilən vaxt nəzarəti ələ keçirə biləcək.
Sky Cruise-ə nələr daxil olacaq:
360 dərəcə səmaya mənzərəsi olan panoramik otaq;
Liftlər;
Ticarət mərkəzləri;
Əyləncə kompleksləri;
İdman zalları;
Hovuzlar;
Restoranlar, barlar, qəhvə evləri;
Uşaqlar üçün oyun meydançaları;
Teatrlar və kinoteatrlar;
İşgüzar danışıqlar üçün yerlər;
Toy üçün banket zalları.
“Sky Cruise”in qonaqları turbulent yaşamayacaqlar. Titrəmələr aşkar edildikdə, AI sistemi avtomatik olaraq silkələnməni kompensasiya edən tərs vibrasiya yaradacaq. Yalnız bir problem var: bu nəhəngi havaya necə qaldırmaq olar? “Sky Cruise” konsepti Titanik gəmisini xatırladır. O zaman o, həm də ən böyük gəmi idi. Ümid edirik ki, “Sky Cruise” Titanikin taleyini təkrarlamayacaq.
Hotel-təyyarə eniş etməyəcək. Adi təyyarələr yanacaq, sərnişin və yük daşıyacaq. Otelin işi haqqında ətraflı vizual görüntü videoda göstərilib.
-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…