fbpx
Connect with us

Xəbərlər

İsrafil Aşurlı dünyanın ən hündür 5-ci zirvəsini fəth eyməyə hazırlaşır

Məşhur azərbaycanlı alpinist İsrafil Aşurlı dünyanın ən hündür beşinci zirvəsi – Makalunu (8485 m) fəth etməyə hazırlaşır.

Bu barədə İsrafil Aşurlı sosial şəbəkələrdəki səhifələrində məlumat verib.

“Bu yaz üçün plan “7 Summits” komandasının tərkibində dünyanın beşinci zirvəsinə, “Qara Nəhəng” Makaluya (8485 m) ekspedisiyadır. Ekspedisiyaya hazırlıq başlayıb. Katmanduya getməyə 20 gün qalıb”, – deyə o yazıb.

Makalu dünyanın beşinci ən hündür zirvəsidir. Mahalanqur-Himal silsiləsinin şərq hissəsində yeləşir. Bölgə ümumən mərkəzi Himalaya aid olub Çinlə (Tibet Muxtar bölgəsi) Nepalın sərhəddindədir. Zirvəni Everestdən 22 km-lik məsafə ayırır. Dağın zirvəsi dördtərəfli piramidanı xatırladır. Makalu səkkizminliklər içərisində ən çox çətinlik yaradan dağ hesab olunur. Ekspedisiyaların ancaq 30%-i uğur qazana bilir.

Qeyd edək ki, Azərbaycan Alpinizm Federasiyasının baş katibi İsrafil Aşurlı, dünyanın ən hündür zirvəsi hesab olunan Everesti və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlıdır.

2007-ci ildə Everest (8848 m), 2009-ci ildə Qələbə (Pobeda 7439 m), 2011-ci ildə Kançencanqa (8586 m), 2019-ci ildə Lxotze (8516 m), Manaslu (8163 m) və 2022-ci ildə isə Broud (8051 m) zirvələrlərinə çıxmış ilk azərbaycanlıdır.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar