Xəbərlər
K2 qış ekspedisiyası: qalxıb-enmək üçün 5-6 günlük yaxşı hava lazımdır
Uzun müddət davam edən pis hava şəraitindən sonra Qreys Tseng komandasının Şerpaları marşruta qalxaraq, təxminən 6760 metr hündürlükdə növbəti, ikinci düşərgəni qurdular.
Komanda qeyd edir ki, ötən günlərdə ilkin məqsəd üçüncü hündürlük düşərgəsinə (7350 metr hündürlükdə) qalxmaq olub, lakin güclü külək Şerpaları ikinci düşərgədə dayandırıb. İndi bütün komanda baza düşərgəsinə enib, orada dincələcək və havanın düzəlməyini gözləyəcək.
Komandanın sözlərinə görə, K2 zirvəsinə təhlükəsiz qalxıb enmək üçün onlara 5-6 günlük yaxşı hava lazımdır. Zirvəyə çatmaq üçün plan hələ müəyyən edilməyib, hər şey hava və küləkdən asılıdır.
Xatırladaq ki, bu qış Tayvandan olan Qreys Tseng dünyanın ikinci ən hündür dağı olan K2-ə dırmaşmaq niyyətindədir. 2021-ci ilə qədər səkkiz minlik dırmaşma təcrübəsi olmayan 28 yaşlı alpinist onların hamısını fəth etmək qərarına gəlib və bunu mümkün qədər tez həyata keçirmək istəyir. Onun məqsədi K2-i qışda fəth edən və bütün 8000-lik zirvələrə ən qısa vaxtda qalxan ilk qadın olmaqdır.
-
Jurnal3 il əvvəlBazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Jurnal3 il əvvəlZəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər4 il əvvəlRəna Kərimova
-
Jurnal3 il əvvəlŞahdağ zirvəsi
-
Səyahətçilər4 il əvvəlOrxan Rzayev
-
Xəbərlər5 il əvvəlDünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Səyahətçilər4 il əvvəlYeganə Cansail
-
Xəbərlər5 il əvvəlİradə Qədirova Naxçıvan səyahəti haqqında – MÜSAHİBƏ