fbpx
Connect with us

Xəbərlər

K2 qış ekspedisiyası: qalxıb-enmək üçün 5-6 günlük yaxşı hava lazımdır

Uzun müddət davam edən pis hava şəraitindən sonra Qreys Tseng komandasının Şerpaları marşruta qalxaraq, təxminən 6760 metr hündürlükdə növbəti, ikinci düşərgəni qurdular.

Komanda qeyd edir ki, ötən günlərdə ilkin məqsəd üçüncü hündürlük düşərgəsinə (7350 metr hündürlükdə) qalxmaq olub, lakin güclü külək Şerpaları ikinci düşərgədə dayandırıb. İndi bütün komanda baza düşərgəsinə enib, orada dincələcək və havanın düzəlməyini gözləyəcək.

Komandanın sözlərinə görə, K2 zirvəsinə təhlükəsiz qalxıb enmək üçün onlara 5-6 günlük yaxşı hava lazımdır. Zirvəyə çatmaq üçün plan hələ müəyyən edilməyib, hər şey hava və küləkdən asılıdır.

Xatırladaq ki, bu qış Tayvandan olan Qreys Tseng dünyanın ikinci ən hündür dağı olan K2-ə dırmaşmaq niyyətindədir. 2021-ci ilə qədər səkkiz minlik dırmaşma təcrübəsi olmayan 28 yaşlı alpinist onların hamısını fəth etmək qərarına gəlib və bunu mümkün qədər tez həyata keçirmək istəyir. Onun məqsədi K2-i qışda fəth edən və bütün 8000-lik zirvələrə ən qısa vaxtda qalxan ilk qadın olmaqdır.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar