fbpx
Connect with us

Xəbərlər

Kolumbiyada kurort hoteli qapılarını rəsmi olaraq açır

Baru adasındakı ağ qumlu çimərliklərin mərkəzində yerləşən “Sofitel Barú Calablanca Beach Resort” rəsmi olaraq qapılarını açıb.

“Accor Sofitel”in bu Kolumbiyadakı üçüncü və ən son layihəsi ölkədəki ilk lüks çimərlik məkanıdır.

“Biz layihəmizi qlobal lüks səyahət seqmentində Barunu yerləşdirərək təşviq edəcək, davamlı bir otel kimi təqdim etməkdən məmnunuq”. Bu sözləri “Sofitel Barú Calablanca Beach Resor”un baş meneceri David Moulin deyib.

“Bu tropik cənnətdə hər şey var: biomüxtəliflik, təbii landşaftlar və ən əsası onu Karib dənizində unikal edən mədəni kimlik”.

Kartagena şəhərindən 25 dəqiqəlik məsafədə yerləşən və Dik kanalı ilə bölünən kurort Baru adasının təbii gözəllikləri və mədəni sərvətləri arasında yerləşir və 187 gözəl və müasir otaq, o cümlədən prezident otağı və 22 lyuks, Karib dənizinə baxan terraslı otaqdan ibarətdir.

Macəra axtaranlar üçün velosiped turları, ekoloji gəzinti turları, katamaranlar turları, avar və şnorkellə üzgüçülük və daha bir çox bu kimi müxtəlif istirahət fəaliyyətləri mövcuddur.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar