Xəbərlər
Məşhur səyahətçinin kitab təqdimatı keçiriləcək
Məşhur səyahətçi, jurnalist, Azərbaycan Turizm Blogerləri Assosiasiyasının sədri Azər Qəribin yeni kitabı “Oralar Parti”nin təqdimat mərasimi olacaq.
Təqdimat 19 may saat 19:00-da “Cinema Plus”un Gənclik Mall filialında keçiriləcək. Kitabda Azər Qərib dünya səyahəti zamanı başına gələn maraqlı hadisələri yumoristik şəkildə nəql edib. 22 maraqlı əhvalatın hər biri gözəl illüstrasiyalarla verilib.
Bu da maraqlıdır: Məşhur səyahət verilişi yenidən efirə qayıdır
“Kitab” sözü, “yazıçı” sözü həmişə müqəddəs anlayışlar olub mənim üçün. Ona görə indi gördüyünüz qısa məzəli hekayələr toplumunu kitab adlandıra bilmirəm, illah ki, özümü yazıçı. Bu, sadəcə başıma gələn və qələmə aldığım yumoristik hadisələrdir, oxuyun, üzünüz gülsün. Kiminsə xoşuna gələcək, kiminsə gəlməyəcək, bu, normaldır, amma əgər hətta bir neçə oxuyucunun dodağlarına təbəssüm qonarsa, mən özümü xoşbəxt hiss edərəm” – deyə Azər Qərib sosial media hesablarında kitab haqqında paylaşımında deyir.
-
Jurnal3 il əvvəlBazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Jurnal3 il əvvəlZəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər4 il əvvəlRəna Kərimova
-
Jurnal3 il əvvəlŞahdağ zirvəsi
-
Xəbərlər5 il əvvəlDünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Səyahətçilər4 il əvvəlYeganə Cansail
-
Səyahətçilər4 il əvvəlOrxan Rzayev
-
Xəbərlər5 il əvvəlİradə Qədirova Naxçıvan səyahəti haqqında – MÜSAHİBƏ