Xəbərlər
Qadın dağçımız beynəlxalq dırmanışda Azərbaycanı təmsil edir
Novruz bayramı münasibətilə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin qadın alpinistlərinin İranda Toçal zirvəsinə dostluq yüksəlişi başlayıb. Azərbaycanı bu yüksəlişdə qadın alpinistimiz Sima Səfərova təmsil edir.
Onun verdiyi məlumata görə, İran İslam Respublikasından olan xanım Rəşin Cahanbazi başda olmaqla İƏT ölkələrindən olan qadın alpinistlər Novruz bayramının ilk günlərində (21-23 mart 2022-ci il) İran İslam Respublikasında yerləşən “Toçal” zirvəsinə qalxırlar. “Toçal Telekabin”in İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu tarixi yüksəliş dostluq şüarı altında İƏT Mədəniyyət İnstitutu, Parsian Turizm Holdinq, Azadi Beynəlxalq Turizm Mədəniyyəti (AITO) və Tochal Telecabin tərəfindən təşkil olunub.
Verilən xəbərə görə, Novruzun üçüncü günü (23 mart) İran rəsmiləri, xarici diplomatlar, yerli və xarici jurnalistlərin iştirakı ilə “Dostluq yüksəlişi” komandasının şərəfinə mərasim keçiriləcək. Tədbir zamanı 3600 metr hündürlükdə “Dostluq yüksəlişi” memorial abidəsinin açılışı olacaq.

-
Jurnal3 il əvvəlBazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Jurnal3 il əvvəlZəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər4 il əvvəlRəna Kərimova
-
Jurnal3 il əvvəlŞahdağ zirvəsi
-
Səyahətçilər4 il əvvəlOrxan Rzayev
-
Xəbərlər5 il əvvəlDünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Səyahətçilər4 il əvvəlYeganə Cansail
-
Xəbərlər5 il əvvəlİradə Qədirova Naxçıvan səyahəti haqqında – MÜSAHİBƏ