Xəbərlər
Qax meşəsində itən turistlər tapılıb
Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə Peru Respublikasının vətəndaşı Pella Patricia və İtaliya vətəndaşı Laura Sesennanın dünən səhər saatlarında Qax rayonunda qaldıqları oteldən gəzmək adı ilə çıxdıqları və daha sonra onların meşədə itkin düşmələri barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin şəxslərin yerinin müəyyən edilməsi istiqamətində dərhal axtarışlara başlanılıb.
Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində hər iki əcnəbi turist Qaxbaş kəndi ərazisindəki meşə massivində sağ-salamat şəkildə tapılaraq qaldıqları otelə yerləşdiriliblər.
Onlar operativ reaksiyaya görə, Azərbaycan polisinə minnətdarlıqlarını bildiriblər.
-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…