fbpx
Connect with us

Xəbərlər

Resat Ötüken ilə kampda müsahibə – İsmayıllı, İstisu

Resat Ötükenin dəvəti ilə iyul ayının 10-u səhər “Out of the wild” ilə yollandıq İsmayıllı rayonunun İstisu kəndinə. İştirakçılar kənddə toplaşaraq Avazil şəlaləsinə doğru yürüş etdi.

Birinci gün yürüş “Bəy talası” deyilən kamp ərazisində yekunlaşdı. İştirakçılar kamp ərazisinə çatdıqdan sonra kimi ocaq qalamağa odun dalınca getdi, kimi çadırları qurur, kimi yeməklərdən atışdırırdı, kimi dincəlirdi.

Axşama doğru isə ocaq ətrafında etnik musiqilər səslənirdi. Musiqiçilər iştirakçılara kiçik musiqi alətlərini təklif edərək “ansamblı” daha da böyütməkdəydi. 😃

Ocaqda yemək bişdikdən sonra hər kəs öz payını götürüb yeyərək növbəti gün üçün şəlalə yürüşünə enerji toplayırdı.

İkinci gün şəlaləyə yürüş oldu. Şəlalə 3 hətta bir kiçik qırılma hissəsini də nəzərə alsaq 4 hissədən ibarətdir.

Sonda isə Resat Ötüken kameramıza maraqlı müsahibə verdi. “Burdan Bura”nın hazırladığı reportajı, kamp və yürüşdən kiçik görüntüləri təqdim edirik.

Videographer: Teymur Məmmmədov
Müxbir: Naibə Novruzova

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar