fbpx
Connect with us

Xəbərlər

“Röya & Rizvan” “Street Cover” layihəsi ilə geri dönürlər

Dünyanı Azərbaycan musiqisi ilə gəzən cütlük Röya və Rizvan 2 illik fasilədən sonra yenidən səyahətlərə başlayır. Onlar bu xəbəri sosial şəbəkə hesablarında paylaşıblar.

“Bu xəbəri sizə vermək üçün düz 2 il gözləmişik, buna görə də çox həyəcanlıyıq. Deməli pandemiyanın başlamasından cəmi bir neçə gün öncə bir səyahət planlamışdıq. Genişmiqyaslı və fərqli mədəniyyətləri görəcəyimiz, sizlər üçün bol-bol mahnılar, videolar gətirəcəyimiz səyahət olacaqdı. Bütün biletlər alınmış, plan qurulmuşdu. Lakin məlum məsələ baş verdi səyahət planımız suya düşdü, qaldıq boynubükük. 2 il idi ki, sırf “Street Cover” layihəsi çərçivəsində səyahətlərimizi dayandırmışdıq və budur, 2 il sonra nəhayət ki, yollara və layihəmizə geri dönürük. Bir neçə gün sonra nəhayət ki, planımız üzrə yola düşəcəyik. Dünyanın 7 möcüzəsindən ikisini görəcəyimiz bu səyahətdən çoxlu videolar paylaşmağa çalışacağıq. Gözünüz qulağınız bizdə olsun, çox maraqlı olacaq” – deyə cütlük deyib.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar