Xəbərlər
Shehroze Kashif K2-ə qalxan ən gənc alpinist oldu

Bu gün, 27 iyul tarixində dünyanın ikinci ən yüksək zirvəsi olan K2-ə (8611 m) rekord sayda alpinist qalxıb.
Zirvəyə çıxan alpinistlər arasında 19 yaşlı pakistanlı alpinist Şehroze Kaşif də olub. Onun qalxması şerpaların, sabit iplərin və oksigen çənlərinin köməyi ilə standart marşrut boyunca baş verdi; Bununla yanaşı, digər alpinistlərdən fərqli olaraq əhəmiyyətli bir dünya müvəffəqiyyətinə imza atıb.
Şehroz tarixdə səkkiz minlik K2 zirvəsinə qalxan ən gənc alpinist oldu! Bununla 20 yaşında olarkən 2019-cu ildə bənzər bir rekorda imza atan həmyerlisi Sajid Ali Sadparanın nailiyyətini yaxşılaşdırdı.
Qeyd edək ki, Şehroz bu ilin may ayında Everest dağına da çıxdı və dünyanın ən gənc pakistanlısı olaraq milli rekord qırdı!
O, 11 yaşında alpinizmə başlayıb və 14 yaşında, 8 minlik K2-nin baza düşərgəsinə trekkinq edib. İki il əvvəl isə ilk səkkiz minlik zirvəsi Broad Pik olub.

-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Səyahətçilər4 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Jurnal2 il əvvəl
Şahdağ zirvəsi
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…