fbpx
Connect with us

Xəbərlər

Turistlər səsli əmrdən istifadə edərək turlar sifariş edə biləcək

Süni intellekt turizm agentinin bacarıqlarını öyrənib. İndi səyahətçilər sadə səsli əmrlərdən istifadə etməklə turlar, uçuşlar və hotellərdə yer sifariş edə bilərlər. Bu, süni intellektə əsaslanan yeni “Travelshift” tətbiqi sayəsində mümkün olub. Lakin, hələ ki səsli əmrlərlə məzuniyyətinizi yalnız Avropada edə bilərsiniz.

İslandiyada yerləşən “Travelshift” texnoloji şirkəti “Avropa Səyahət Bələdçisi” proqramının bir hissəsi olaraq sadəcə Alexa və ya Google Assistant-a əmr verməklə rahat gəzinti tapmağa imkan verən proqram hazırlayıb, deyə “Mirror” bildirib. Tətbiq bütün ən yaxşı görməli yerlərə turizm marşrutlarının tərtib edilməsi üçün süni intellektdən istifadə edir — faktiki olaraq, funksiya şəxsi bələdçini əvəz edir.

Bildirilib ki, şirkət Avropa üzrə artıq süni intellekt üçün optimallaşdırılmış marşrutlarla 12 000-dən çox turist səfərinə başlayıb. Şirkət rəhbərinin sözlərinə görə, tətbiq tezliklə “səyahətin gələcəyinə” çevriləcək, çünki getdikcə daha çox turist onun üstünlüklərindən istifadə edir.

Tətbiq “Guide to Europe” saytında mövcuddur. Qeydiyyatdan keçdikdən sonra pasport məlumatlarını, səyahət seçimlərini daxil etməlisiniz.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar