Xəbərlər
Turizm bələdçiləri bəzi yerlərə pulsuz daxil olacaq

Azərbaycanda turizm bələdçiliyi sertifikatına malik olan şəxslər dövlət mülkiyyətində olan muzey, qalereya və qoruqlara ödənişsiz giriş imkanı əldə edəcək.
Burdan Bura APA-ya istinadən məlumat verir ki, bu, Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planına daxil edilən “Turizm haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.
Qanun layihəsində qeyd edilib ki, turizm bələdçiliyi sertifikatına malik olan şəxslərin dövlət mülkiyyətində olan muzey, qalereya və qoruqlara ödənişsiz giriş imkanının təmin olunması bələdçilərin sertifikatlaşdırma prosesinə cəlb edilməsini stimullaşdıracaq, bu isə öz növbəsində turistlərə keyfiyyətli bələdçilik xidmətinin təqdim edilməsini təmin edəcək.

-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Səyahətçilər4 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Jurnal2 il əvvəl
Şahdağ zirvəsi
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…