fbpx
Connect with us

Ülvi Aslan

Doğum tarixi: 11 yanvar, 1994
Təhsili: Azərbaycan Dövlət Pedaqoji Universiteti, Marmara Universiteti
Sosial şəbəkə hesabları:
Instagram: @lezginaslanov
Facebook: Ulvi Aslan

Həyatı

Ülvi Qəbələnin dağlıq kəndində dünyaya göz açdığına görə dağlar və onların gözəllikləri haqqında söhbətlərlə böyüyüb. Ancaq sonralar tələbəlik və iş həyatına görə fiziki aktivliyi arxa planda qalıb. Ülvi Aslanbəyli ixtisasca coğrafiya müəllimidir, boş vaxtlarında dağçılıq və bələdçiliklə məşğul olur.

Səyahət

Dağlarla ilk tanışlığı uşaqlıq və yeniyetməlik illərindən başlasa da, yüksək dağlıq ərazilərə 2016-cı ildən çıxmağa başlayıb. Hündürlüyü 2000-5000 metrarası dağları, Savalan (4821), Bazardüzü (4466), Tufandağ (4191m), Qızılqaya (3726), Heydər (3751), Atatürk (3756) və s. kimi hündürlükdə olan dağları fəth edə bilib.

Son bir neçə ildir tək gəzməyə üstünlük verir. Qarşılaşdığı əsas çətinliklərdən biri yol yoldaşı tapmaq məsələsidir. İndiyə qədər getdiyi yerlər içərisində peşman olduğu, yaxud vaxt itkisi hesab etdiyi yer olmayıb. Gəzərkən xərcləri minimuma endirmək üçün nəqliyyata mümkün qədər az pul xərcləməyə çalışır. Bu baxımdan istifadə etdiyi vasitələrdən biri avtostopla yoluna davam etməkdir.

Günlərlə davam edən uzun yol səyahətlərini çox sevir. Türkiyə, Gürcüstan, İran və Rusiyada (Dərbənd və Dağıstanın ucqar dağ kəndlərini (aullarını) gəzib).

Ülvi Qəbələ ərazisini illərdir qarış-qarış gəzdiyinə görə bölgəni çox yaxşı tanıyır. İxtisası ilə məşğulliyyəti üst-üstə düşdüyündən hardasa qazanclıdır. Bu baxımdan o, gələcəkdə də bu işlə peşəkar şəkildə məşğul olmağı, təbiətə ziyan vurmadan onu qorumağı və işini təbliğ etməyi düşünür.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar